Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 10:00:00
Bakı Dövlət Universitetinin tələbəsi itkin düşdü - Ali məktəbdən cavab

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsi Mayis Qurbanov fevralın 18-dən etibarən itkin düşüb.

AzEdu.az xəbər verir ki, Mayis Qurbanov ən son Gəncədə yerləşən Texnologiya Universitetinin qarşısında görülüb.

Tələbənin valideynləri Xəzər Tv-də Xoşqədəm Hidayətqızının təqdimatı ilə yayımlanan “Səni axtarıram” verilişinə müraciət ediblər.

Yaxınlarının sözlərinə görə, verilişin prodüseri tələbənin valideynlərinə Mayisın tapıldığını bildirsə də, tapılanın əslində başqa biri olduğu ortaya çıxıb. Bununla belə, Mayisin anasını yenidən Xəzər Tv-ə dəvət ediblər.

Mövzuyla bağlı Mayis Qurbanovun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq.

Hüquq fakültəsinin dekan müavini Cabir Quliyev AzEdu.az-a açıqlamasında bildirib ki, tələbənin itkin düşməsiylə bağlı məlumatlıdırlar:

“Bizdə olan informasiyaya görə,  Mayis Qurbanov dünən tapılıb. Mayis orta bilik göstəricilərinə malik tələbədir, lakin bir az tənbəlliyi var idi. Psixoloji durumunun necə olduğunu araşdırmamışıq, amma ümumən yaxşı uşaq olub. İkinci semestr başlayandan heç bir dərsdə iştirak etməyib”.

AzEdu.az mövzunu diqqətdə saxlayıb Xəzər Tv-nin mövqeyini də dərc edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları