Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 11:16:00
"İmtahan vaxtlarının dəyişdirilməsi şagirdlərin stressini artıracaq"-Psixoloq

“İmtahan vaxtlarının dəyişdirilməsi şagirdlərdə mövcud olan stressin daha da artmasına səbəb olur. Bu hal onlarda özünə inamsızlığın yaranmasına gətirib çıxaracaq”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı “Empati” Psixoloji Sağlamlıq Mərkəzinin psixoloqu Günel Əliyeva deyib.

Onun sözlərinə görə, edilən dəyişiklik abituriyentdə imtahan nəticələrinin uğursuz olacağına dair fikirlər formalaşdıra bilər:

“Konkret tarixə hazırlaşdıqları dövrdə imtahan vaxtlarının dəyişməsi planlaşdırılmış dərs proqramlarının da mənimsənilməsində problemlər yaradır.  Yaranan həyəcan nəticəsində şagirdlərdə informasiyaların qarışması da başa verə bilər. Bununla yanaşı, unutqanlıq və diqqət problemləri yaranacaq ki, bu da cavabların kodlaşdırılmasında və ya qeyd edilməsində səhvlərin artmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 23-də, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcək.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları