Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 13:59:00
UNEC-in tələbələri Yüksək Texnologiyalar Parkında  

UNEC-in beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Startup Club”ın sədri Turan Süleymanov və tələbələr Yüksək Texnologiyalar Parkında (YTP) olublar.

Universitetdən AzEdu.az-a bildirilib ki, YTP-nin direktoru Tural Kərimli ilə görüşən tələbələrə parkın imkanları, texnologiyalar sahəsində aparılan araşdırmalar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, YTP müəllim və tələbələrin biznes ideyaları ilə bağlı potensiallarının üzə çıxarılmasında, eləcə də onlara dəstək göstərilməsində maraqlıdır.

Ekskursiya çərçivəsində Turan Süleymanov “İdeyadan biznesə: startaplarda effektiv biznes modelinin inkişaf etdirilməsi” mövzusunda təlim keçib. Təlimdə biznes modeli və onun innovasiyası, strateji resurslar, dəyər zənciri, əsas strategiya, təchizat zəncirinin idarə edilməsi və biznes modelinin dörd əsas komponentindən bəhs olunub.