Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 12:25:23
BDU-nun professoru vəfat etdi      

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyev rəhmətə gedib. 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin Mətbuat və informasiya şöbəsindən bildirilib.

B.Allahverdiyev 23 yanvar 1938-ci ildə anadan olub. 1957-1962-ci illərdə BDU-nun Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində təhsil alıb. 1964-1967-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub. 1968-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1993-cü ildə professor elmi adı alıb. 1968-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləyib. 1968-1992-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının dosenti və professoru, 1992-2012-ci illərdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri olub. Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarıb. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması qanunauyğunluqlarını tədqiq edib. 
2008-ci ildən “Kitabşünaslıq və Nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktoru olub. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının üzvü, 8 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifi olub və bir çox elmi konfranslarda iştirak edib. “Qızıl qələm“ mükafatı laureatı olan B.Allahverdiyev, eyni zamanda, “Qabaqcıl təhsil iş¬çisi” döş nişanı ilə təltif olunub.