Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 11:08:00
Jurnalistika fakültəsinin tələbələri  vacib  layihədə iştirak edirlər

 

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aqrar ixtisaslaşmış Jurnalistlər” adlı layihəyə start verilib. Məlumat üçün bildiririk ki, Respublikamızda aqrar sahənin müasir texnologiyaların tətbiqi hesabına intensiv əsaslarla inkişaf etdirilməsi hazırda prioritet vəzifələrdən biri kimi müəyyən edilib və fermerlərin təsərrüfat fəaliyyətlərini müasir metodlarla həyata keçirmələri, yeni texnika və texnologiyalardan daha geniş istifadə etmələri üçün onların sistemli şəkildə maarifləndirilməsinə  ehtiyac yaranıb.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin rəqəmsal mediaya marağının artırılması,onların kənd təsərrüfatı sahəsindəki aktual proseslərdən xəbərdar olmasına, aqrar sahədə olan ehtiyacların müəyyən edilməsinə, aqrar jurnalistlərin davamlı və həvəsli inkişafına töhvə vermək, bu sahədə daha əhatəli və müfəssəl təhlil materiallarına əsaslanan məqalələrin yazılmasına dəstək olmaqdır.

Qeyd edək ki, layihəyə mart ayının 17-si yekun vurulacaq. Regionlarda aqrar sahənin inkişafının təşviqi, gənclərin bu sahəyə cəlb olunmasının təşkili, kənd təsərrüfatında dövlət xidmətlərinin göstərilməsinə dəstək vermək, aqrar sahədə maarifləndirmə işlərinə töhvə vermək layihənin əsas istiqamətləridir.