Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 16:15:00
Valideynlər övladlarının oxuduqları məktəbin fəaliyyətini izlədilər - FOTOLAR

Bu gün Bakı şəhəri 283 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirilib.

AzEdu.az-ın məlumatına görə, layihənin məqsədi valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığını təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin qurulması olub.

Tədbirin rəsmi hissəsini məktəbin direktoru Tünzalə Zeynalova açaraq təhsil müəssisəsinin 2018-2019-cu tədris ili üçün fəaliyyət planından və istiqamətlər üzrə görülən işlərin hesabatını verib.

Sonra valideynlər məktəbdə II – XI siniflərdə təşkil edilmiş dərslərdə iştirak etdiblər. Dərslərdən sonra valideynlər üçün seminarlar təşkil edilib.

Növbəti mərhələdə valideynlər məktəblə əyani tanış olmaqla yanaşı şagirdlərin əlişləri ilə yaxından maraqlanıblar.

Sonda məktəbin şagirdlərinin hazırladıqları hissə - səhnəciklər, şeir və mahnılar nümayiş etdirilib.