Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 16:00:00
Gənclərimiz hansı xarici ölkələrdə qiyabi təhsil ala bilərlər? 

“Rusiya, Ukrayna kimi ölkələrin universitetlərində  gənclərimiz qiyabi təhsil ala bilərlər”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev deyib. O, bildirib ki, gənclərimiz Avropa ölkələrində isə distant təhsil ala bilərlər.

“Təhsil Nazirliyi bildirir ki, distant ali təhsil alan  azərbaycanlı tələbələrin diplomlarını tanımırıq. Amma qoşulduqları beynəlxalq sazişlər var ki, onlara əsasən tanımağa məcburdurlar. Onu da bildirim ki,bir gəncin Ukraynada qiyabi təhsil almasının heç bir zaman tərəfdarı olmamışam. Xüsusilə də Ukraynada  bakalavr səviyyəsində oxumaq istəyənlər üçün qiyabi təhsilə qarşıyam. Amma magistr səviyyəsində oxumaq istəyənlər üçün bir az fərqli yanaşmam ola bilər.

 Çünki, Ukraynada magistr səviyyəsində oxumaq istəyənlərin müəyyən baza bilikləri olur. Yəni, tələbələr təhsilin bakalavr səviyyəsində müəyyən biliklərə yiyələndiyi üçün daha sonrakı pillələr də əlavə bilgilər öyrənməli olurlar”. 

Fuad Hacıyev bildirib ki,  xarici ölkələrdə qiyabi təhsil almaq istəyənlər daha çox hazırda işləyən və ya işində yüksəlmək niyyətində olanlardır:  

“Xarici ölkələrdə qiyabi təhsil almaq istəyənlər daha çox oxumağa görə yox, diplom almaq  üçün gedirlər. Fikrimcə, burada Təhsil Nazirliyinin də səhvləri var. Çünki, distant təhsillə bağlı diplomlarıTəhsil Nazirliyi tanısaydı, bir çox beynəlxalq universitetlərin nümayəndəliklərini Azərbaycana gətirmək olardı. Beynəlxalq universitetlərin nümayəndəliklərini Azərbaycana gətirməklə  daha çox dünya arenasına çıxmaq şansımız olardı”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları