Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 14:45:00
Azərbaycan alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc edilib  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri Robert Qarayev, həmin laboratoriyanın elmi işçisi Natella Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Rəna Mikayılova və “OIL SUPPLY” MMC-nin biznesin inkişafı üzrə meneceri İslam Səfərlinin həmmüəllifi olduqları “Müəssisələrin biznes strategiyalarının dinamik təhlili üçün koqnitiv vasitələr” məqaləsi “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (Moskva) “Biznes informatika” jurnalında dərc edilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, məqalədə bugünkü mürəkkəb və qeyri-sabit iqtisadi şəraitdə biznes strategiyalarının koqnitiv modelləşdirilməsi üçün yeni metodologiya təklif olunur. Bu metodologiya iqtisadiyyat, ekologiya, sosiologiya, siyasi elm, konfliktologiya, fövqəladə hallar və digər sahələrdə idarəetmə strategiyalarının gələcək tədqiqatları üçün əsas təşkil edir.

Qeyd edək ki, “Biznes informatika” jurnalı “Web of Science”, “RSCI”nin elmi bazasında indeksləşir.