Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 13:45:00
Yerdən “Super Ay” belə görünüb - FOTO

Bu günlərdə planet sakinləri “Super Ay” hadisəsini izləyib. Belə ki, Ay yerə ən yaxın məsafəyə qədər yaxınlaşıb. Dünyanın dörd bucağından olan insanlar bu fürsəti qaçırmayaraq, Yerin peykinin yaratdığı gözəl mənzərənin şəkillərini çəkib.

“Super Ay” hadisəsi hər il yaşanır. Buna səbəb Ayın Yer ətrafındakı orbitinin elliptik formada olmasıdır.

Nəticədə, Yerlə Ay arasındakı məsafə tez-tez dəyişir; ən çoxu 406 min kilometr uzaqlaşır və ən azı 357 min kilometr yaxınlaşır. “Super Ay” hadisəsi məhz sonuncu qeydə alınan zaman yaşanır. 

Tam Ay perigeyi (Ay orbitinin yerə ən yaxın nöqtəsi - red.) zamanı, Yerin peyki 14% daha böyük və məhtapı isə 30% daha bəyaz olur.

AzEdu.az “Super Ay” hadisəsinin foto və videogörüntülərini təqdim edir: