Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 11:40:00
UNEC tələbələrinin məqaləsi “SCOPUS”da  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Mehin Əmiraslanova, Nigar Bəkirova və Nərmin Eynizadənin həmmüəllifi olduqları “Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz” mövzusunda tədqiqat işi “SCOPUS” və “Web of Science” məlumat bazasına daxil olan “International Journal of Housing Markets and Analyses (ISSS 1753-8270)” jurnalında dərc olunub.

Universitetdən AzEdu.az-a-a bildirilib ki, tədqiqat işi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyevin rəhbərliyi və həmmüəllifliyi ilə yerinə yetirilib. Məqalədə müxtəlif elektron bazalardan 497 bina və 443 həyət evi barədə toplanılan məlumatlar əsasında Bakı şəhərində mənzil qiymətlərinə mənzilin yerləşdiyi bölgə, mənzilin genişliyi, otaq sayı, təmir səviyyəsi, çıxarışın (kupça) olub-olmaması, metro stansiyalarına yaxınlıq, həyətyani sahə və s. amillərin təsiri ən kiçik kvadratlar metodu istifadə olunmaqla qiymətləndirilib.

Qeyd edək ki, beynəlxalq jurnalın “SCOPUS” tərəfindən hesablanan 2017-ci il üçün impakt faktoru 0.53-dür və Q3 kateqoriyasında yer alır.