Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 13:00:00
Tələbələr Hüquq və İnsan Haqları İnstitutunda təcrübə keçdilər

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutuna təcrübə keçmək üçün göndərilən Dövlət Gömrük Komitəsi Akademiyasının hüquqşünaslıq və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və politologiya ixtisasları üzrə təhsil alan IV kurs bakalavr tələbələri üçün ilk mühazirə təşkil edilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, mühazirədə institutun elmi işlər üzrə direktor müavini Lalə Əhmədova institutun yaranması, fəaliyyəti, eləcə də şöbələrin fəaliyyət istiqamətləri haqqında slayd təqdimatla çıxış edərək tələbələrə ətraflı məlumat verib.

Daha sonra beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Azərbaycan-Ermənistan münasibətləri beynəlxalq müstəvidə” mövzusunda mühazirə söyləyib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.