Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 11:25:53
“Gənc istedadlar” bilik yarışının növbəti mərhələsi Beynəlxalq Ana Dili Gününə həsr olunub

Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, yarışda bu qurumun tabeliyindəki 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandaları iştirak edib.

Bilik yarışının Beynəlxalq Ana Dili Gününə həsr olunan üçüncü mərhələsində komandalar ədəbiyyat, ingilis dili, biologiya və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 312 nömrəli tam orta məktəbin “Lider” komandası 4 xal toplayaraq digər komandalardan üstün olub.

Cari tədris ili ərzində keçirilən “Gənc istedadlar” breyn-rinq bilik yarışının hər üç mərhələsinin ümumi nəticələrinə əsasən, 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 20 xalla rəqib komandalardan öndədir.

Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasıdır. Hər ay keçirilməsi planlaşdırılan “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi “Nəsimi ili” ilə əlaqədar olaraq böyük Azərbaycan şairinə həsr olunacaq.

Yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.