Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 16:20:00
“Bəzi “özəllər” əksər dövlət universitetindən keyfiyyətli təhsil verir, o zaman nə səbəbə....” – Hamlet İsaxanlıdan təklif

Tələbəni sosial asılılıqdan azad etmək üçün tələbə-kredit sistemi mövcud olmalıdır. Tələbə müəyyən məbləğdə təqaüd alır və bu onun minumum işlərini həll etməyə kömək edir. Amma bütün dünyada təhsilalan dövlətdən və ya bankdan borc götürür. Məsələn, Amerika və İngiltərədə tələbə kredit götürdükdən sonra illər ərzində müəyyən həddən yuxarı maaş alanda borcunu yavaş-yavaş  geri qaytarmağa başlayır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Xəzər Universitetinin Himayədarlar Şurasının sədri, professor Hamlet İsaxanlı deyib. Onun sözlərinə görə, tələbə təqaüdlərinin artırılması çox mühim addımdır:

“Tələbəni sosial asılılıqdan azad etmək üçün tələbə-kredit sistemi mövcud olmalıdır. Tələbə müəyyən məbləğdə təqaüd alır və bu onun minumum işlərini həll etməyə kömək edir. Amma bütün dünyada təhsilalan dövlətdən və ya bankdan borc götürür. Məsələn, Amerika və İngiltərədə tələbə kredit götürdükdən sonra illər ərzində müəyyən həddən yuxarı maaş alanda borcunu yavaş-yavaş  geri qaytarmağa başlayır.Bu sistem dünyada oturuşub. Tələbənin təhsil haqqı 5000 Azn olsa belə, onun ayda 2000 Azn başqa xərcləri yarana bilər. Hökümət deyir ki, maaşın 1000 manatı keçdiyi təqdirdə bu pulları yavaş-yavaş ödəməyə başlamalısan. Belə sistem mövcud olmalıdır. Azərbaycanda da bu cür sistemin qurulması istiqamətində işlər görülür. Təhsil Nazirliyi bu sahədə tədqiqatlar aparır.

Sözügedən sistem elə qurulmalıdır ki, ən kasıb uşaq da gedib, borca pul götürə bilsin. Hökumət verdiyi pulların sürətlə geri qayıtmasında tələsməməlidir. Tələbə universiteti bitirən kimi pulu necə qaytaracaq? O, işə girməli, qazanmalı və özünə gəlməlidir”.

  1. İsaxanlı qeyd edib ki, Azərbaycan hökumətinin özəl ali təhsil müəssisələriylə dövlət universitetləri arasında bir çox məsələdə fərqləri aradan qaldırmağı ən yaxşı layihələrdən biridir:

“Dövlət universitetində dövlət onların laborotoriyalarını və digər ehtiyaclarını hazır şəkildə təhvil verir. Özəl ali məktəblərdə isə bunların hamısını özləri edirlər. Bəziləri dövlət universitetlərinin əksəriyyətindən də keyfiyyətli təhsil verir. Onda dövlət onlara niyə eyni gözlə baxmasın? 2018-2019-cu tədris ilində Xəzər Universitetinə daxil olan tələbələrin 52 %-i dövlət sifarişi əsasında, yüksək balla qəbul olunublar.

Təhsil haqqının dövlət tərəfindən ödənilməsi, həm bakalavr, həm də magistratura səviyyəsində var. Vaxt yetişib ki, doktorluq səviyyəsində də olsun. Doktoranturaya qəbul olunanların sayı qat-qat azdır. Onlar tədqiqatla məşğul olurlar. Bu baxımdan bu pillədə də fərqlər aradan götürülməlidir. Dövlət özəl ali təhsil müəssisələrinin doktorantura pilləsində oxuyanların da təhsil haqqını ödəyə bilər”.

Xatırladaq ki, Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. 

sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir: 

- Doktorantura pilləsi üzrə: 

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat 

- ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat 

- magistratura səviyyəsi üzrə: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat 

- bakalavriat səviyyəsi üzrə: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat 

- orta ixtisas təhsili müəssisələrində: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları