Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 16:06:00
Azərbaycan Universitetində qlobal iqtisadi trendlər müzakirə olunacaq

25-27 aprel 2019-cu il tarixlərində Azərbaycan Universitetində keçiriləcək V Avropa İqtisadi Konqresinin hazırlıqları davam edir.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universiteti ilə birgə keçiriləcək beynəlxalq tədbirin işində iqtisadiyyat sahəsində dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin iştirakı gözlənilir.

Qlobal iqtisadi trendlər mövzusuna fokuslanacaq konqresin dəvətli məruzəçiləri İtaliyadan Roma Tre Universitetinin professoru Roberto Ciccone, Almaniyadan Oldenburg Universitetinin professoru Hans Michael Trautwein, Türkiyədən İstanbul Ticarət Universitetinin dosenti Vahit Ferhan Benli, Azərbaycandan isə millət vəkili, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadədir.

Bu seriyadan olan əvvəlki tədbirlər dünyanın müxtəlif ölkələrində təşkil olunub və dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edib. Konqresə məqalələrin qəbulu 25 mart 2019-cu il tarixinə qədər uzadılıb.