Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 13:13:00
Tələbəyə ən çox təqaüd verən ölkələr – Ayda 850 avro alan gənclər

 

Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə  doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri artırılıb.

Bəs dünya ölkələrində tələbələr nə qədər təqaüd alır?

AzEdu.az müxtəlif ölkələrdəki tələbə təqaüdləri haqqında yazını təqdim edir:

MDB ölkəsi olan Belarusiyada  tələbələrin təqaüdü 53 dollardır. Eyni zamanda,  orada tələbələr yataqxanalarla da təmin edilir.

Ərəb ölkələri  Liviya Səudiyyə Ərəbistanda tələbələr 700 dollar təqaüd alırlar.   Səudiyyə Ərəbistanda ali təhsil pilləsinin ödənişsiz olması  ilə yanaşı, tələbələr pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlana bilirlər.

Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyən Səudiyyə Ərəbistan  vətəndaşlarına dövlət  qrant da ayırır.

Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşən Küveyt dövlətində minə yaxın ali məktəblərində təhsil ödənişsizdir. Ölkədə subay tələbələr 700, ailəlilər isə 1200 dollar təqaüd alır.

Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət Qazaxıstandır. Ölkədə tələbələrə verilən təqaüd isə orta hesabla 184 dollardır.

Birləşmiş Ərəb Əmirliklərində  ali məktəblərdə təhsil ödənişsizdir.  Ölkədə hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Burada təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Onu da qeyd edək ki,  Birləşmiş Ərəb Əmirliyinin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Vətəndaşların təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.

Amerika Birləşmiş Ştatlarının ali məktəblərində isə ödənişli təhsil almaq mümkündür. Ancaq minimum əmək haqqı 4 min dollar olan  ölkədə təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır.

Burada təqaüd alan tələbə, hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilirlər.

 Qonşu ölkə Rusiyada tələbələrin aldığı təqaüd 40 dollardır. Ancaq burada onlar yataqxanalarla təmin edilir. Bu da onları əlavə xərcdən azad edir.

Tələbələrə verdiyi keyfiyyətli təhsili ilə seçilən ölkələrdən biri də Fransadır.  Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Ölkənin universitetlərində təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik təhsil haqqı 135-700 avro arasında dəyişir. Fransa ali məktəblərində tələbələrə verilən təqaüdlər isə 350 avrodan aşağı olmur.

 Dünyada rəqabətlə davamlı  və yüksək səviyyədə ixtisaslaşmış  ali təhsil məkanı kimi tanınan  İtaliya universitetlərinin 70%-i dövlət statusundadır. İtaliyada tələbələrin aldığı təqaüd isə 840 avrodur.

Xatırladaq  ki, yeni sərəncama əsasən dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycanda doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir:

- Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat

-ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

- magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

- bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

- orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

- Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

Günel Yaşarqızı
Müəllifin digər yazıları