Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 11:10:00
Bu universitetimizin binasında siqaret çəkən tələbə xaric olunacaq? – Rəsmi açıqlama

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində siqaret çəkən tələbələrin ali məktəbdən xaric olunacağı xəbərləri yayılıb.

Tələbələrin sözlərinə görə, qərar qrup nümayəndələri üçün keçirilən ümumi iclasda açıqlanıb.

Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən ali təhsil müəssisəsi ilə əlaqə saxladıq. ADNSU-nun mətbuat xidmətindən AzEdu.az-a  yayılan xəbərlərin əsassız olduğu bildirilib.

Məlumatda qeyd olunur ki, universitetin daxili nizam-intizam qaydalarına görə, tələbə bina daxilində siqaret çəkərsə, töhmət alır. Əlbəttə, bu hal təkrar olunarsa, onda tələbə ali məktəbdən xaric edilir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları