Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 10:15:00
Abituriyentlərin nəzərinə! –V qrup üzrə ötənilki keçid balları

2019-cu ildən ali məktəblərə qəbul qaydaları kurikulum sistemi əsasında təşkil olunacaq.

Qaydalar və imtahan modeli yeni olduğundan abituriyentlərin narahatlığı artmaqda davam edir. Onları maraqlandıran əsas məqamlardan biri də ixtisas qrupuları və ixtisaslar üzrə keçid ballarıdır.

İstənilən il üzrə keçid balları müsabiqədən əvvəl məlum ola bilməz. Lakin Dövlət İmtahan Mərkəzi hər il abituriyentlərə kömək məqsədilə öncəki ilin keçid ballarını dərc edərək abituriyentlərə təqdim edir.

AzEdu.az abituriyentlərin çoxsaylı istəyini nəzərə alaraq V ixtisas qrupu üzrə 2018-2019-cu tədris ilində formalaşmış keçid ballarını Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən təqdim edir:

Nəzərinizə çatdıraq ki, ekspertlərin fikrincə, 2019-cu ildə imtahanların fortmatında ciddi dəyişikliklər edildiyindən keçid balları arasında kəskin fərqlər müşahidə oluna bilər. Abituriyentlərdən ballarla tanış olarkən göstəricilərin 2018-ci ilə aid olduğunu unutmamaları xahiş olunur.

Qeyd edək ki, keçid balı sütununda mötərizə içərisində müvafiq ixtisas üzrə dövlət sifarişi əsasında qəbulun keçid balı göstərilib. Nəticəsi balla qiymətləndirilən xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasların keçid balı kəsr (/) işarəsi ilə verilib. Kəsrin surətində müvafiq ixtisas üzrə qabiliyyət imtahanından ən aşağı bal toplayan abituriyentin qabiliyyət imtahanı üzrə balı, məxrəcində isə həmin abituriyentin test imtahanı üzrə balı göstərilib.

Keçid balı sütununda mötərizə içərisində tire ( – ) işarəsi göstərir ki, müvafiq ixtisasda dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyent yoxdur. Təhsili yalnız ödənişli əsaslarla olan ixtisasların qarşısında belə mötərizə göstərilməyib.

Bakı Dövlət Universiteti

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə, Qazax filialı) Ə 55 ( - )

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Dizayn Ə 9/64 (10/74)

Dizayn (tədris ingilis dilində) Ə 9/56 (10/76)

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) Ə 48 (78)

Musiqi müəllimliyi Ə 34 (62)

Təsviri incəsənət müəllimliyi Ə 48 (64)

Azərbaycan Dövlət İqtisad Universiteti

Dizayn Ə 7/50 ( - )

Bakı Musiqi Akademiyası

Musiqi müəllimliyi Ə 38 (61)

İnstrumental ifaçılıq (fortepiano, orqan, klavesin, violin (skripka), viola (alt simli), violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, saksofon, faqot, valtorna, truba, trombon, tuba, zərb alətləri) Ə 7/25 (9/51)

İnstrumental ifaçılıq (fortepiano, orqan, klavesin, violin (skripka), viola (alt simli), violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, saksofon, faqot, valtorna, truba, trombon, tuba, zərb alətləri) Q 7/25 (9/46)

Solo oxuma Ə 7/25 (9/63)

Dirijorluq Ə 7/25 (9/39)

Dirijorluq Q 9/48 (9/48)

Bəstəkarlıq Ə 7/25 (9/67)

Musiqişünaslıq Ə 7/25 (10/54)

Musiqişünaslıq Q 8/72 (10/68

Estrada sənəti Ə 7/30 (9/81)

Azərbaycan Milli Konservatoriyası

Musiqi müəllimliyi Ə 42 (61)

Solo oxuma (milli vokal) Ə 7/30 (10/63)

Solo oxuma (xanəndəlik) Ə 8/36 (9/68)

Solo oxuma (xanəndəlik) Q 8/57 (10/41)

Dirijorluq Ə 9/56 (9/56)

Bəstəkarlıq Ə 7/25 ( - )

Musiqişünaslıq Ə 7/25 ( - )

Musiqişünaslıq Q 7/25 ( - )

Estrada sənəti (fortepiano, akkordeon, klarnet, fleyta, qoboy, gitara, saksofon, truba, tar, kamança, qanun, balaban, zurna, tütək, ney) Ə 7/30 (9/68)

 Xalq çalğı alətləri ifaçılığı (tar, saz, kamança, qanun, balaban, ney, zurna, tütək, nağara) Ə 7/30 (10/48)

Xalq çalğı alətləri ifaçılığı (tar, saz, kamança, qanun, balaban, ney, zurna, tütək, nağara) Q 8/46 (10/60)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Musiqi müəllimliyi Ə 53 (62)

Təsviri incəsənət müəllimliyi Ə 48 (65)

İnstrumental ifaçılıq (fortepiano, violin (skripka), gitara, klarnet, saksofon, zərb alətləri) Ə 8/42 (9/47)

Solo oxuma (xanəndəlik) Ə 7/76 ( - )

Musiqişünaslıq Ə 7/25 ( - )

Estrada sənəti Ə 7/30 (9/67)

Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban) Ə 7/62 (10/56)

Aktyor sənəti Ə 7/43 (9/50)

Dekorativ sənət Ə 9/53 ( - )

Rejissorluq Ə 7/60 (9/73)

Operator sənəti Ə 7/40 (9/57)

Rəngkarlıq Ə 7/50 ( - )

Qrafika Ə 9/67 ( - )

Dizayn Ə 9/78 (10/75)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Təsviri incəsənət müəllimliyi Ə 52 (64)

Dekorativ sənət Ə 8/81 (10/66)

Rəngkarlıq Ə 9/56 (9/81)

Qrafika Ə 9/74 (9/81)

Heykəltəraşlıq Ə 7/50 (9/64)

Dizayn Ə 10/56 (10/74)

Bakı Xoreoqrafiya Akademiyası

Musiqi müəllimliyi Ə 49 ( - )

Musiqi müəllimliyi Q 49

Rəqs müəllimliyi Ə 25 (46)

Rəqs müəllimliyi Q 31

İnstrumental ifaçılıq (fortepiano, klarnet, zərb alətləri) Ə 7/25 ( - )

İnstrumental ifaçılıq (fortepiano, klarnet, zərb alətləri) Q 7/60

Xoreoqrafiya sənəti (balet rejissoru) Ə 7/56 (9/51)

Xoreoqrafiya sənəti (baletmeyster) Ə 7/25 (9/53)

Xoreoqrafiya sənəti (klassik rəqslər) Ə 7/25 ( - )

Xoreoqrafiya sənəti (milli rəqslər) Ə 7/25 (9/50)

Xoreoqrafiya sənəti (modern rəqslər) Ə 7/25 (9/51)

Xoreoqrafiya sənəti (milli rəqslər) Q 7/25

Xoreoqrafiya sənəti (baletmeyster) Q 7/25

Xalq çalğı alətləri ifaçılığı (nağara, tar, kamança, qarmon, balaban) Ə 9/33 (10/73)

Xalq çalğı alətləri ifaçılığı (nağara, tar, kamança, qarmon, balaban) Q 9/31

Rejissorluq Ə 7/60 ( - )

Rejissorluq Q 7/60

Dizayn Ə 9/64 ( - )

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) Ə 53 (74)

Bədən tərbiyəsi və idman Ə 51 (75)

Bədən tərbiyəsi və idman Q 58 (76)

Məşqçi (idman növü üzrə) Ə 48 (67)

Məşqçi (idman növü üzrə) Q 56 (69)

Naxçıvan Dövlət Universiteti

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) Ə 53 (81)

Musiqi müəllimliyi Ə 25 (75)

Təsviri incəsənət müəllimliyi Ə 45 (64)

Bədən tərbiyəsi və idman Ə 51 (75)

Bədən tərbiyəsi və idman Q 46 ( - )

İnstrumental ifaçılıq (fortepiano) Ə 7/25 (10/31)

İnstrumental ifaçılıq (fleyta, klarnet, truba, saksofon, trombon, qoboy, valtorna, faqot) Ə 7/25 (10/30)

İnstrumental ifaçılıq (violin (skripka), viola (alt simli), violonçel, kontrabas) Ə 7/25 (10/45)

Solo oxuma Ə 9/36 (9/60

Dirijorluq Ə 7/25 (9/41)

Bəstəkarlıq Ə 7/25 (9/43)

Musiqişünaslıq Ə 7/25 (10/35)

Musiqişünaslıq Q 10/34 (10/34)

Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban, qarmon) Ə 7/25 (10/53)

Aktyor sənəti Ə 7/40 (9/63)

Rəngkarlıq Ə 8/55 ( - )

Naxçıvan Müəllimlər İnstitutu

Təsviri incəsənət müəllimliyi Ə 40 ( - )

Gəncə Dövlət Universiteti

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) Ə 62 (75)

Musiqi müəllimliyi Ə 56 (61)

Təsviri incəsənət müəllimliyi Ə 51 (64)

Bədən tərbiyəsi və idman Ə 62 (79)

Bədən tərbiyəsi və idman Q 65 (80)

Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)

Dizayn Ə 7/50 ( - )

Sumqayıt Dövlət Universiteti

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) Ə 48 ( - )

Lənkəran Dövlət Universitet

Aktyor sənəti Ə 7/40 ( - )

Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti)

Dizayn Ə 7/50 ( - )

Xəzər Universiteti

Dizayn (tədris ingilis dilində) Ə 7/50 ( - )

"Odlar Yurdu" Universiteti

Dizayn Ə 7/50 ( - )

"Naxçıvan" Universiteti (Naxçıvan şəhəri)

Bədən tərbiyəsi və idman Ə 40 ( -)

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları