Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-18 21:41:00
Bakı məktəblisinin layihəsi birinci oldu

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının rəhbərliyi altında yerinə yetirilən layihələr mükafata layiq görülüb. Akademiyadan AzEdu.az-a verilən məlumata görə, Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Sabahın alimləri“ VIII Respublika müsabiqəsinin “Biologiya” nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova isə “Fizika” nominasiyasında 3-cü yeri tutublar.

 

İ.Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə”, N.Ömərli və M.Bayramova isə “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” layihəsinə görə təltif olunublar.

 

Layihələr Radiasiya Problemləri İnstitutunun əməkdaşları - biologiya üzrə elmlər doktoru, professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın rəhbərliyi altında yerinə yetirilib.