Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-18 16:26:00
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı oldu

Bu gün Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün “Bazar Günü” məktəbinin acılış mərasimi kecirilib.

AzEdu.az  xəbər verir ki, səfir Rəşad İsmayılov tədbiri açaraq, Azərbaycanda uşaqlara olan dövlət qayğısından danışıb, Heydər Əliyev tərəfindən uşaqlarla bağlı həyata keçirilməyə başlanılmış siyasət haqqında məlumat verib.
Səfir cıxışında həmcinin, Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğısını tədbir iştirakcılarının diqqətinə catdırıb.
Qeyd edək ki, səfirliyin və Qətərdə Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə acılan “Bazar Günü” məktəbində 20-dən artıq soydaşımız ödənişsiz təhsil alacaqlar.
Məşğələlərdə əsasən ingilis dilli məktəblərdə təhsil alan azyaşlı şagirdlərə Azərbaycan dilinin fonetika, qrammatika və leksikası tədris ediləcək eyni zamanda, Azərbaycan yazıçıları və şairlərinin əsərlərindən nümunələr, qədim və yeni tariximiz təqdim ediləcəkdir.