Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-18 11:21:00
Geomaqnit sahənin sakit qalacağı gözlənilir

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 18-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədədir. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) və hesabat dövründə alışma olmayıb. Günəş küləyinin sürəti 350 - 360 km/san intervalında dəyişib. Geomaqnit sahə son 24 saat ərzində sakit olub.

Proqnoz günlərində (18-20 fevral) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Fevralın 18-də ümumi geomaqnit sakitlik gözlənilir. Ayın 19-20-də əsasən sakit şəraitin üstünlük təşkil edəcəyinə baxmayaraq, arabir zəif fəal geomaqnit şəraitin ola biləcəyi istisna edilmir. Maqnit qasırğasının başvermə ehtimalı fevralın 18-də bir faizdən, fevralın 19-da on beş faizdən, fevralın 20-də isə iyirmi faizdən aşağı qiymətləndirilir.