Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-18 09:14:00
Azərbaycanlı akademikin portreti Ukraynanın Aviasiya muzeyinə təqdim olunub

 

Ukraynanın Aviasiya muzeyinə Azərbaycanın görkəmli alimi, akademik, əməkdar elmx adimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin portreti təqdim edilib.

 

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansından “Report”un Kiyev bürosuna verilən məlumata görə, portreti alyans rəhbəri Elmar Məmmədov təqdim edib.

 

Təqdimat muzeyi ziyarət çərçivəsində baş tutub. Görüş zamanı muzeyin direktoru Yuri Ziatdinov E. Məmmədova muzeyin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Muzey 2003 - cü ilin sentyabr ayında dünya aviasiyanın 100 illik və Ukrayna aviasiyanın 80 illik yubileyi ərəfəsində açılıb. Görüşün sonunda alyans sədrinə Ukrayna Aviasiya muzeyinin "Şərəf Qonağı" diplomu təqdim olunub və xatirə şəkilləri çəkdirilib.