Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-17 17:59:00
Məktəbə könülsüz gedən uşaqla necə davranmaq lazımdır?

Məktəbə getmək mövzusunda  hər uşaq  fərqli duyğular yaşayır. Məktəbə getmək istəməyən uşağa necə davranmaq lazımdır? Məktəblər başlamazdan əvvəl valideynlərə yol göstərə biləcək üsullar təqdim edirik.

Yeditepe Universitetinin İxtisas Xəstəxanasının psixoloqu Merve Öz yaşanan bu vəziyyətin valideynlər tərəfindən düzgün k idarə olunmasının lazım olduğunu deyir.

Məktəb alış-verişini birlikdə edin

Birlikdə edəcəyiniz məktəb alış-verişi uşaqların motivasyasının artmasına fayda verir. Öz zövqünə görə alınmış məktəb ləvazimatlarını istifadə etmək məktəbə getmək istəyinin artmasına kömək edir. Həmçinin, çanta və geyimi uşağınız ilə birlikdə hazırlamağınız, onun həm motivasyasının artmasını, həm də məsuliyyət qazanmasını təmin edir.

Daha asan uyğunlaşması üçün ilk gün yanında olmağa çalışın.

Tətildən sonra gündəlik həyata uyğunlaşmaqda çətinlik çəkən uşaqların da məktəbə uyğunlaşmasında çətinlik çəkməsinin normal olduğunu unutmamaq lazımdır. İlk gün onun yanında olaraq sinif yoldaşları və  müəllimləri ilə tanış olmasını təmin edərək uyğunlaşma müddətinə kömək edə bilərsiniz. Bu sahədə özünü çox rahat hiss etməsini təmin edə bilərsiniz. Məktəbdə bir neçə gündən artıq zaman keçirməyinizin məktəbə uyğunlaşma müddətinə zərər verəcəyini də unutmayın. Bu səbəblə uşağınıza, müəllimi ilə daima əlaqədə olduğunuzu və hər hansı bir problemdə dərhal məktəbə gələ biləcəyinizi söyləyərək güvən yarada bilərsiniz.

Narahatlıqlarını, duyğularını ifadə etməsinə icazə verin.

Uşaqlarınızın yaşadığı təcrübələri danışa bilmələri üçün şərait yaradın. Hətta nələr hiss etdiklərini, qorxularını, narahatlıqlarını dilə gətirmələrinə yardımçı olun. Qayğı, qorxu kimi kəlmələri istifadə etmələrindən narahat olmayın. Bunların səbəblərini qırıcı olmadan soruşmağa çalışın. Yaşadıqları qorxularla bağlı onları rahatlatmağa çalışın.

Müəllimlərindən yardım alın.

Uşaqlarınızın yaşadıqları qorxu və narahatlığın səbəbini öyrəndikdə mütləq bu mövzudan müəllimlərinə bəhs edin. Adaptasya müddəti boyunca da mütləq uşağınızın müəllimi ilə əlaqənizi davam etdirin.

Məktəbdə həzz aldığı fəaliyyətlər haqqında  danışmasını təmin edin.

Əyləncəli tətil günlərinin ardından tez yatıb, tez oyanan, yeni bir bəslənmə sistemi yaradılan üstəlik dərslərin stresinin də artığı məktəb günləri əlbəttə ilk günlərdə sıxıcı gələ bilər. Psixoloq Merve Öz, valideynlərin uşaqlarının məktəbdəki gündəlik edəcəklərini müəllimlərinin fayda verəcəyini bildirərək, “Onlarla gün içində həzz aldıqları fəaliyyətlər haqqında danışa bilərsiniz. Oyunlarını, yeni dostlarını, dərslərdəki əyləncəli fəaliyyətlərini  izah etmələrini istəyin. “Dərslər necə keçdi?” kimi cavabını ala bilmədiyiniz suallar yerinə “Bədən tərbiyəsi dərsində nə oynadınız?” kimi danışmaqdan həzz alacağı suallar verin. Bu şəkildə məktəbin əyləncəli tərəflərini görməsini təmin edə bilərsiniz” deyir.

Problem olduğunu düşündüyünüzdə mütəxəssis  dəstəyi almaqdan çəkinməyin.

Hər uşaq bu müddəti fərqli şəkildə və fərqli sürətdə keçirdiyi üçün valideynlər uşaqlarını digər uşaqlarla müqayisə etməməlidir.  Ümumi olaraq problemlərin bir neçə həftə içində yavaş-yavaş ortadan qalxması lazımdır. Ancaq hər hansı inkişaf olmasa və uşağınız sabah oyanmasa, məktəbə getməmək üçün bəhanələr edirsə, yemək yemə problemi, həddindən artıq şıltaqlıq, zorakılıq ya da içinə qapanıqlıq kimi problemlər yaşayırsa, mütəxəssis köməyi almaq üçün gecikməmək lazımdır.

Qısa-qısa

Özünü dəyərli hiss edən, sevgi dolu və özgüvənli uşaq yetişdirməyin yolunun, uşağı dinləməkdən keçdiyini söyləyən mütəxəssis  Merve Öz, edilməsi lazım olanları belə sıralayır:

  1. Uşağınız məktəbdən gələrkən gününün necə keçdiyini soruşun;
  2. Bütün suallarına sıxılmadan cavab verin;
  3. Bəzi mövzularda onun fikirlərini soruşun;
  4. Uşağınızla iş birliyi yaradın;
  5. Məsuliyyət verməyə laqeyd yanaşmayın;
  6. Uşaqlarınıza güvənin;
  7. Sözlü olaraq ya da hərəkətləriniz ilə onun dəyərli olduğunu hiss etdirin.(bağçam.az)