Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-17 17:00:00
Təhsil pillələri üzrə bir tələbəyə düşən cari xərcin hesablanma QAYDASI

YUNESKO-nun Statistika İnstitutunun metodoloji tövsiyələrinə əsasən təhsil üzrə xərclər maliyyələşdirmə mənbələrinə görə belə qruplaşdırılır: dövlət maliyyələşdirmə mənbələri; özəl (qeyri-dövlət) maliyyələşdirmə mənbələri; beynəlxalq maliyyələşdirmə mənbələri.

AzEdu.az təhsil pillələri üzrə bir nəfər təhsil alana (tələbəyə) düşən cari xərclərin hesablanma qaydasını təqdim edir: 

Təhsil pillələri üzrə bir nəfər tələbəyə düşən cari xərclər göstəricisi maliyyə ilində təhsilin hər pilləsi üzrə cari xərclərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin təhsil alanların sayına nisbətən bölüşdürülməsini xarakterizə edir.

Bu göstərici “Təhsilə çəkilən cari xərclərin təhsilin pillələri üzrə bölgüsü” göstəricisinin törəməsi olaraq, təhsilin müəyyən bir pilləsi üzrə çəkilən cari xərclərin  müqayisəli prioritetini müəyyən edilir və bu xərclərin beynəlxalq müqayisəsinin təmin edir.

Göstəricini maliyyə mənbələri, büdcənin müxtəlif səviyyələri və regionlar üzrə də qruplaşdırmaq olar.

Göstəricinin hesablanması təhsilin hər bir pilləsi üzrə cari xərclər və təhsil alanların sayı barədə dəqiq və dolğun məlumatlara əsaslanmalı və təhsilin idarə edilməsinin bütün pillələri üzrə həm dövlət, həm də özəl (qeyri-dövlət) təhsil müəssisələrinin maliyyələşdirməsini əhatə etməlidir.

Göstərici təhsilin hər bir pilləsi üzrə cari xərcləri bu pillə üzrə təhsil alanların sayına olan nisbətidir və aşağıdakı düsturla hesablanır:

CXEth,EthCXEth / Eth.

Burada  CXEthEth –  t maliyyə ilində təhsilin h pilləsi üzrə 1 nəfər təhsil alana düşən cari xərclərin məbləği;

CXEth –  t maliyyə ilində təhsilin h pilləsi üzrə cari xərclər;

Etht maliyyə ilində təhsilin h pilləsi üzrə təhsil alanların ümumi sayı.

Göstəricinin hesablanması üçün məlumat mənbələri: Maliyyə Nazirliyinin Dövlət büdcəsinin icrasına dair illik hesabatları; müəssisə və təşkilatların illik statistika hesabatları; ev təsərrüfatlarının tədqiqatının və təhsil xərcləri üzrə ev təsərrüfatlarında keçirilən xüsusi müayinələrin məlumatları; təhsil sahəsində fəaliyyətlə bağlı müxtəlif dövlət orqanlarının, o cümlədən Təhsil Nazirliyinin hesabatları.

Qeyd: Dövlət Statistika Komitəsinə istinadən