Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-17 13:48:00
Ən az 5 il müəllim işləyənlər ekspert ola bilər - Dərsliklər belə qiymətləndirilir

Dərslikləri Qiymətləndirmə Şurası nın əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir.

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq, ekspert olmaq üçün namizədlərə verilən tələbləri təqdim edir:

-Namizədin təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsili olmalıdır.
-Namizədin təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır.
-Namizdədin İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

Qeyd edək ki, dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirirlər.