Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-17 11:10:09
Müəllim və valideynlər üçün faydalı - Uşaqların diqqətini artıracaq OYUN

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az maraqlı oyunlardan birini nəzərinizə çatdırır:

"Quş uçdu" oyunu

Uyğun yaş dövrü: 4 yaş və daha yuxarı.

İştirakçı sayı: 5 nəfərdən çox

Oynamaq üçün lazım olan vəsaitlər: heç bir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Bu oyun, həm evdə, həmdə sinifdə oynanıla biləcək oyundur. Oyunçular, dairəvi formada bir masa ətrafında otururlar. Oyunun aparıcısı seçilir və bütün iştirakçıların qarşısında dayanır. Beləcə, o, əvvəlcə barmağını havaya qaldıraraq "uçdu, uçdu, quş uçdu” deyərək uşaqlara səslənir. Əgər aparıcı uça bilən bir heyvanın adını çəkirsə ( bu, təyyarə də ola bilər) uşaqlarda barmaqlarını qaldırmalıdırlar. Yox, əgər aparıcı uça bilməyən bir heyvanın adını çəkər, və “uçdu, uçdu” deyərsə, bu, yanlışdır. Yəni, həmin vaxt iştirakçılar barmaqlarını qaldırmamalıdırlar. Barmağını qaldıran iştirakçı oyunu uduzur və oyundan xaric edilir.

Nəticə: Uşaqlarda diqqət bacarığını artırır.