Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-16 17:35:00
UNEC yeni layihəyə başlayır  

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və Beynəlxalq Əməkdaşlıq Deparamentinin birgə təşkilatçılığı ilə növbəti layihəyə start verilir.

Universitetdən  AzEdu.az-a  bildirilib ki, hər həftənin beşinci günü saat 15.00-dan 16.00-dək UNEC Karyera Mərkəzində (əsas bina, otaq 200) təcrübəli moderatorların iştirakı ilə ingilis dili danışıq klubu təşkil ediləcək.

İlk “conversation club” moderator Mugader Vazeri tərəfindən fevralın 22-də təşkil ediləcək.

İştirak ödənişsizdir və sərbəstdir.