Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-16 14:22:00
İranda qara görə məktəblər bağlandı

İranın Qərbi Azərbaycan vilayətinin 7 şəhərində güclü qar yağması səbəbindən məktəblər bağlanıb.

AzEdu.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə İranın Qərbi Azərbaycan vilayətinin Təlim və Təhsil İdarəsi açıqlama yayıb.

Məlumata görə, İranın Qərbi Azərbaycan vilayətinin kəndlərində də məktəblər fəaliyyətini dayandırıb.

 İranın Qərbi Azərbaycan vilayəti ilə yanaşı, Ərdəbil vilayətində də güclü qar səbəbilə məktəblər bağlanıb.

Proqnozlara görə, qarlı hava bu gün də davam edəcək.