Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-16 12:10:00
IX-ların  buraxılış imtahanlarının I mərhələsi martda keçiriləcək

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi mart 3-ü, 10-u və 17-də, ikinci mərhələsi isə iyunun 2-si, 9-u və 16-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları aprelin 7-si, 14-ü və 21-də təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.