Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-16 10:50:00
“Rektorların böyük kəsiminin kitab oxumaqla arası yoxdur”-Etibar Əliyev

“Universitetlərimizin böyük əksəriyyətinin kitabxanaları bərbad vəziyyətdədir. Halbuki kitabxana universitetin əsas atributudur”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib.  Onun sözlərinə görə,  universitet kitabxanasının zənginliyi rektorun kitaba olan münasibəti ilə birbaşa bağlıdır:

“Tələbə və müəllimlər kitabxanadakı kitablardan çox az istifadə edirlər. Bu yaxınlarda olduğum böyük universitetlərin birində kitaba olan sayğısızlığın şahidi oldum. Amma danışanda kitabların sayını önə çəkirlər. Halbuki, həmin say Sovet vaxtında olan sayla üst-üstə düşür. Keyfiyyətli kitabxana kitabların funksionallığı ilə bağlıdır. Kitab oxuyan rektor həm də təhsilin keyfiyyətinin yüksəlməsinə də çalışır. Təəssüf ki, rektorların böyük kəsiminin kitab oxumaqla arası yoxdur. Elə düşünürlər ki, oxuyub, qurtarıblar”.