Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-16 10:27:00
 Dünyanın ən top universitetlərində oxumaq gücündə olanlar Macarıstana gedirlər -SƏBƏB

 

“Macarıstanda təhsil almaq üçün müraciət edənlərin böyük qismi  dünyanın ən top universitetlərində  oxuya biləcək gənclərdirlər”.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişində deyib.

O, bildirib ki,  ötən illərlə müqayisədə Macarıstanda təhsil almaq üçün müraciət edən gənclərdə çox ciddi irəliləyişlər var:

“Əvvəllər İngilis dilini bilmək böyük üstünlük hesab olunurdusa, artıq  Macarıstanda təhsil üçün müraciət edən gənclərin 100%-i həmin  dildə   çox  yaxşı danışır.  

Ümumiyyətlə, xarici dillə  bağlı  seçim məsələsi bizim üçün çox çətindir.

Qeyd edim ki, Macarıstanda təhsil üçün müraciət edən şəxslərin arasında IELTS sertifikatı balı 8 olanlar da var. Hətta  ali məktəb qəbul üçün keçirilən DİM imtahanında 700 bal toplayan gənclərdə var”.  

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları