Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-16 10:12:00
“Sırf müəllimlərin oxuya biləcəyi xüsusi xaricdə təhsil proqramları var”-RƏSMİ

 “Tələbələr xarici ölkə universitetlərində oxumaq istəyəndə onları təşviq etməyə çalışırıq ki, bakalavr səviyyəsinə uyğun magistr təhsilini seçsinlər”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Təhsil Tv-də yayımlanan “Həftənin sualı”verilişində deyib. O bildirib ki, ixtisasartırma üçün xarici ölkələrdə müxtəlif kurslar var.

“ Xarici ölkələrin universitetlərində oxumaq istəyənlər  baza təhsillərinə diqqət edərək,  eyni ixtisas üzrə təhsil almağa çalışsınlar. Qeyd edək ki, sırf müəllimlik ixtisası üzrə müəllimlərin təkmilləşdirilməsi üçün müxtəlif proqramlar var”. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları