Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 20:06:00
Fənlər üzrə hazırlıq kursları davam etdirilir

Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının 5-ci dərsi keçirilib. DİM-dən AzEdu.az-a istinadən xəbər ki, dərslərdə hazırlıq kurslarının müdavimləri tərəfindən hazırlanmış referatlar müzakirə edilib.

 

Fizika fənnindən keçirilən elmi-metodik seminarda Bakı Modern Təhsil Kompleksinin müəllimi, fizika üzrə fəlsəfə doktoru Əlövsət Rəcəbli 10-cu sinif “Fizika” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.

 

Ədəbiyyat (rus bölməsi) fənni üzrə elmi-metodik seminarda Elitar gimnaziyanın müəllimi Olqa Yevtuşenko 6-cı sinif və Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova 10-cu sinif “Literatura” dərsliklərinin məzmunu haqqında məlumat veriblər.

 

Biologiya fənnindən elmi-metodik seminarda Bakı Avropa liseyinin müəllimi Kəmalə Ələsgərova və paytaxtdakı 23 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva 8-ci sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış ediblər.

 

Tarix fənnindən keçirilən seminarda Bakı şəhəri 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı və 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov 6 və 10-cu sinif “Azərbaycan tarixi” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatlarla çıxış ediblər.

 

Coğrafiya fənni üzrə elmi-metodik seminarda Bakı Dövlət Universitetinin əməkdaşı Anar Mustafazadə “Coğrafiya” dərslikləri üzrə atmosfer bölməsinin məzmunu haqqında danışıb.

 

Riyaziyyat fənnindən keçirilən elmi-metodik seminarda 7-ci sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında Əlican Namazov təqdimatla çıxış edib.

 

Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

 

Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.

 

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.