Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 17:25:00
Çində oxumaq istəyənlər üçün əla şans - Sərfəli proqram 

YUNESKO Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün “Böyük Çin səddi” təqaüd proqramını elan edib.

AzEdu.az xəbər verir ki, Magistratura, doktorantura və ya ixtisasartırma (elmi tədqiqat) səviyyələri üzrə elan olunan proqramın tədris dili ingilis və çin dilləridir. Təqaüd proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün 2 yer ayrılıb.

Təqaüd proqramının müddəti 1 ildir. Namizədlər təhsillərinin növbəti illərini digər təqaüd imkanları və ya şəxsi vəsait hesabına davam etdirməlidirlər.

Təhsil haqqı, yataqxana və aylıq təqaüd (ixtisasartırma və magistratura üçün 3000 yuan, doktorantura üçün 3500 yuan) və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci, əlavə aylıq təqaüd (80 $) isə YUNESKO tərəfindən qarşılanacaq.

Qeyd edək ki, proqrama müraciət etmək istəyən Azərbaycan vətəndaşları cari ilin martın 1-dək Təhsil Nazirliyinin elektron ərziə sistemini və www.campuschina.org/alumni/reg.html ərizə formasını doldurub təsdiq etməlidirlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları