Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 17:12:00
“UFAZ”-da bəzi qüsurlar var, tələbələr hələ də kimdənsə köçürürlər”- Rektordan etiraf  

"UFAZ-ın uğur faizi 94 %-ə  yaxındır. Lakin bəzi qüsurlarımızın olduğunu da etiraf etməliyəm. İmtahanlar zamanı tələbələrin bir-birindən köçürmə halları baş verir. Bu məni çox narahat edir".

Azedu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı UFAZ-da təşkil olunan mediaturda çıxışı zamanı deyib.

O, Azərbaycan-Fransız Universitetinin uğurları barədə də söz açıb: "UFAZ tələbələrinin yalnız 3-ü əcnəbidir. Onların da akademik göstəriciləri azərbaycanlılardan daha aşağıdır. Müvəffəqiyyət faizimiz 94 %-ə yaxındır. Lakin bəzi qüsurlarımızın olduğunu da etiraf etməliyəm. İmtahanlar zamanı tələbələrin bir-birindən köçürmə halları baş verir. Bu məni çox narahat edir. Fransızlar doğurdan da başa düşmürlər ki, bu qədər ağıllı insanlar necə köçürməyə meyl edə bilirlər. Biz bu hala qarşı mübarizə aparacağıq"

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları