Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 15:28:00
Qəbul imtahanlarına  sənəd qəbulu bu tarixlərdə aparılacaq

Ali təhsil müəssisələrinə sənəd qəbulu 5 mart - 15 aprel tarixlərində aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, I, II,III, IV və V qruplar üzrə sənəd qəbulu qeyd olunan tarixlərdə internet vasitəsilə aparılacaq.

Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyat isə 30 may - 12 iyun tarixlərini əhatə edəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları