2019-02-15 13:04:01
“Tələbələrin 50 faizi təqaüd alacaq” - NAZİR
"Bütün təhsil pilləsi və səviyyələrində nəzərdə tutulan təqaüd məbləğləri əhəmiyyətli dərəcədə artırılır. 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq".
AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur.
C.Bayramov qeyd edib ki, sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Bu da öz növbəsində ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq.
2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib.
Bu bölməyə aid digər xəbərlər
AzMİU-da layihəsi çərçivəsində Pilot tədris həftəsi başlayıb
2024-04-24 15:06:44
AzTU-nun nizamnamə fondunun həcmi açıqlanıb
2024-04-20 12:48:00
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
2024-04-20 11:44:51
MDU Ali Təhsil Liderlik Forumunda təmsil olunur
2024-04-18 09:13:27
“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb
2024-04-17 17:18:53
Rektor imtahanında maksimum bal toplayan şagirdlə görüşüb
2024-04-17 16:56:51
LDU-da Memorandum imzalanıb
2024-04-15 16:28:26
ADPU-nun dekanı vəfat etdi
2024-04-13 10:54:06
Səfirlik GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib
2024-04-06 16:54:16
AzTU şəhid məzununa həsr olunan anım tədbiri...
2024-04-05 17:13:25
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
FACEBOOK