Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 13:00:29
Təqaüd artımı özəl universitetlərin  tələbələrinə də şamil ediləcək - Nazir  

"Təqaüdlərin artırılmasıyla bağlı sərəncam Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələriylə yanaşı, özəl universitetlərin tələbələrinə də şamil olunacaq"

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Naziri Ceyhun Bayramov mətbuat konfransında çıxışı zamanı deyib. O, artımın göstərilən kriteriyalara uyğun bütün tələbələrə şamil olunacağını bildirib:

"Təqaüdlərin artırılmasıyla bağlı sərəncam Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələriylə yanaşı, özəl universitetlərin tələbələrinə də şamil olunacaq. Qeyd olunan tələblərə cavab verən istənilən tələbə təqaüd almaq şansı qazanacaq"

Xatırladaq ki, Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir: 

- Doktorantura pilləsi üzrə: 

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat 

- ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat 

- magistratura səviyyəsi üzrə: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat 

- bakalavriat səviyyəsi üzrə: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat 

- orta ixtisas təhsili müəssisələrində: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat 

- Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları