XƏBƏRLƏR

15.02.2019 10:58
UNEC-in təşkilatçılığı ilə beynəlxalq elmi konfrans  keçirilib - VİDEO

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadi İnkişaf qurumunun (Economic Social Development - ESD) birgə təşkilatcılığı ilə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfrans təşkil olunub.

AzEdu.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Statistika Komitəsinin, Auditorlar Palatasının rəhbər şəxsləri, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadçı müxbir üzvləri Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmiləri iştirak edib. 

Həmçinin, beynəlxalq tədbirdə 16 ölkənin, o cümlədən, “London`s Global University” (İngiltərə), “University of Siegen” (Almaniya) və digər xarici universitetlər təmsil olunur. 

Beynəlxalq konfransda UNEC-in Elm və İnnovasiyalar üzrə prorektoru, professor Sakit Sakit Yaqubov açılış nitqi ilə çıxış edərək, davamlı inkişafın sosial-iqtisadi problemlər kontekstində aktual bir çağırış olduğunu bildirdi. Professor UNEC-in qlobal iqtisafiyyatın çağırışlarına  dair bir sıra  beynəlxalqq konfranslara ev sahibliyi etdiyini tədbir işçilərinin diqqətinə çatdırdı. 

Öz növbəsində, beynəlxalq konfransın təşkilat komitəsinin sədri  Domagoj Cingula, 37-ci konfransın Azərbaycanda, UNEC-in dəstəyi ikə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı. 

Tədbir dünya iqtisadiyyatının  aktual çağırışlarının müzakirəsi ətrafında çıxışlarla davam etdi.

AzEdu.az konfransdan hazırlanan videosujeti təqdim edir:

Nəzrin Abdul