Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 17:07:13
Şöbə müdiri Kamal Abdullanın əmrlərinə niyə imza atmır? -SƏBƏB

Bu gün müxtəlif mətbuat orqanlarında Azərbaycan Dillər Universiteti haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli yazı dərc olunub.

AzEdu.az xəbər verir ki, yazıda adı keçən şəxslərdən biri də universitetin Hüquq şöbəsinin müdiri İlkin Əkbərlidir.

Saxta adla, heç bir fakta söykənməyən mülahizələri ilə ictimai rəyi çaşdırmaq istəyən, universitetin nüfuzuna xələl gətirən “yazı müəllifi” iddia edir ki, İlkin Əkbərli rektorunun əmrlərinə qol çəkməkdən imtina edir.

Bununla bağlı şöbə müdiri öz etirazını bildirib:

“ADU-nun Hüquq şöbəsinin müdiri olaraq şöbəmiz və mənim haqqımda müxtəlif saytlarda Aylin Adiloğlu imzası ilə yayılan əsassız informasiyalara cavab olaraq bildirirəm ki, hazırda mən öz vəzifəmdəyəm və rəhbərlik etdiyim şöbənin bağlanması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Mən öz vəzifəmə və vəzifə səlahiyyətlərimə uyğun olaraq universitet rektorunun imzası üçün hazırlanan və digər sənədlərin hüquqi ekspertizasını keçirdikdən sonra onlara imza atıram”.