Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 16:39:00
Yeni təyin olunan direktorların bilməli olduğu vacib sənədləşmələr – Metodiki bilgilər

Direktorların işə qəbul imtahanı nəticəsində 228 direktor yerlərə təyinat aldı. Hazırda bu yeni direktorların ən çox maraqlandığı məqamlar məktəb idarəçiliyi və sənədləşmə işləri ilə bağlıdır. Məktəbdəki islahat və yeniliklərə hansı istiqamətdən başlamaq, idarəçilikdə hansı mövqeyi tutmaq mühüm olsa da, yeni təyin olunmuşların məktəb sənədləşməsi haqda bilgilərinin olması da zəruridir.

AzEdu.az orta məktəb sənədləri ilə bağı yeni təyinat alan direktorlar üçün zəruri bilgiləri təqdim edir. Bununla bağlı məsələlər məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimatda əks olunub.

Qeyd olunub ki, məktəb vəzifələri, təlim-tərbiyə işi, təsərrüfat vəzifələri, tədris-pedaqoji uçotu, məktəb kargüzarlığı, ilkin mühasibat uçotu, statistik hesabatlarla əlaqədar məsələlərin hər biri xüsusi sənədlərdə əks olunub.Ümumtəhsil məktəblərində statistik hesabatlar isə onlarda aparılan ilkin uçot əsasında tərtib edilir. 

Təlimatda qeyd edilib ki, məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, məlumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralama olmamalıdır. Sənədlərdə qeydlər mürəkkəblə və ya yazı makinasında aparılır. 

Sənəddə buraxılmış səhvin düzəldilməsinin də xüsusi qaydası var:  səhv söz və ya rəqəmin üstündən xətt elə çəkilməlidir ki, onu oxumaq mümkün olsun. Onun yanından isə düzgün variant yazılmalıdır. Bütün düzəlişlər izah edilməli, sənədi rəsmiləşdirən şəxs tərfindən imzalanmalı və məktəbin möhürü  ilə təsdiq edilməlidir. İmza atan şəxs sənəddəki məlumatların düzgünlüyü üçün məsuliyyət daşıyır.Saxlanma müddəti qurtarmış məktəb sənədləri isə aktlaşdırılaraqməhv edilməlidir. 

AzEdu.az yeni təyinat alan direktorlar üçün məktəbin əsas pedaqoji sənədlərinin siyahısını təqdim edir:

-Şagirdin şəxsi işi;

-Sinif jurnalı;

-Maraq üzrə kurs məşğələlərinin jurnalı;

-Günüuzadılmış qrupun jurnalını;

-Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı;

-Əsas təhsil haqqında  şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı;

-Pedaqoji işçilərin şəxsi  heyətinin uçotu kitabı;

-Məktəbin pedaqoji şurasının protokolu kitabı;

-Məktəb üzrə əmr kitabı;

-Buraxılan və əvəzedilən dərslərin uçotu kitabı;

-Müqavilələrin  qeydiyyatı  kitabı. 

Digər sənədlər siyahısına isə inspektor aktları, məruzə qeydləri və ya arayışlar, yoxlayan şəxslərin qeyd və təklifləri kitabı, buraxılış və sinifdən-sinfə keçmə imtahanları haqqında sənədlər, imtahan protokolları, illik, imtahan və yekun qiymətləri cədvəli, şagirdlərin yazılı imtahan işlərinin mətni  daxildir.Qeyd edək ki, bu sənədlər 5 il saxlanmalıdır.

AzEdu.az mütəmadi olaraq yeni təyinat alan direktorlar üçün sənədləşmə işlərinin təfərrüatı ilə bağlı yazılar təqdim edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları