Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 14:23:00
İxtisas qruplarından çıxarılan, başqaları ilə birləşdirilən ixtisaslar- Siyahı

Təhsil Nazirliyin şöbə müdiri Yaqub Piriyev Təhsil Tv-də yayımlanan “Həftənin sualı”nda qonaq olub. O, ixtisasların təsnifatında edilən dəyişiklər barədə ətraflı məlumat verib.

AzEdu.az Yaqub Piriyevin ixtisas qrupları və ixtisaslara edilən dəyişiklər haqqında verdiyi məlumatları təqdim edir:

“Təhsil ixtisasları qrupunda hazırda 21 ixtisas var. Rəqs müəllimliyi təsnifatdan çıxarılıb.

Humanitar və sosial ixtisaslar qrupunda 17 ixtisasdan biri çıxarılıb. Çıxarılan ixtisaslardan Antropologiya magistraturada pilləsində tədris olunacaq. 2 ixtisas birləşdirilib. İslamşünaslıq adlı yeni ixtisas əlavə olunub.

Mədəniyyət və incəsənət ixtisasları qrupunda 21 ixtisasdan 8-i bir ad altında birləşdirilib.

İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan  4-ü birləşdirilib və onlara  beynəlxalq təcrübəyə uyğun adlar qoyulub.

Dünya iqtisadiyyatı və iqtisadiyyat bir ad, kommersiya və biznesin idarə edilməsi isə başqa ad altında birləşdirilib.

Beynəlxalq ticarət və logistika ixtisası yeni yaradılıb.

Təbiət ixtisasları qrupuna biotexnologiya ixtisası əlavə olunub.

Texniki və texnoloji ixtisaslar qrupunda 59 ixtisasın sayı 40-a endirilib. Bu qrupda o qədər ixtisas olub ki, onlar əmək bazarının tələbinə uyğun olmayıb. Bu qrupa 10 yeni ixtisas əlavə olunub. Onlardan biri Logistika və nəqliyyat texnologiyaları mühəndisliyidir. Adıçəkilən ixtisasa yüksək ballı abituriyentlər qəbul olunacaqlar.

Kənd təsərrüfatı ixtisasları qrupunda 12 ixtisasdan 4-nün adı dəyişdirilib, 2-sı çıxarılıb, 1 yeni ixtisas əlavə olunub.

Balıqçılıq və balıqçılıq təsərrüfatı Balıqçılıq adı altında birləşdirilib. Bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi və şərabçılıq ixtisasları yaradılıb. Zootexnik ixtisası Zoomühəndislik ixtisası ilə əvəz olunub.

Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna  yeni ixtisaslar əlavə olunub. Bədən tərbiyəsi və idmanda reabilitasiya , Fizioterapiya və tibbi reabilitasiya , Məşqçilik, tibb bacısı kimi ixtisaslar yaradılıb.

Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupundan 1 ixtisas çıxarılıb, 2-si əlavə olunub.

Sosial şəbəkələrdə bu qrupla bağlı yanlış məlumatlar yayılır. Qrupdakı 4 ixtisasın hamısı qalıb. Dünyada müalicə işi adlı ixtisas yoxdur. Tibb ixtisası var. Müalicə işi ixtisasının adı təhsilini xaricdə davam etdirənlərə problemlər yaradırdı. Daha sonra Tibbi profilikatika –ictimai səhiyyə ixtisası ilə adlandırılır. Hərbi həkim işi hərbi tiblə əvəz olunub”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları