Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-13 14:10:00
Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi mövzusunda müsabiqə-konfrans təşkil olunacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfrans keçiriləcək.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, müsabiqə-konfransın əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdir.

Müsabiqə-konfrans məktəb, rayon və şəhər üzrə 3 mərhələdə keçiriləcək. Ümumtəhsil müəssisələrində təşkil olunacaq I mərhələdə (fevralın 13-26-da) seçilmiş ən yaxşı tədqiqat işləri paytaxt üzrə rayon mərhələsində (fevralın 27-dən martın 19-dək) iştirak etmək hüququ qazanacaq. Konfrans şəklində keçiriləcək III mərhələdə isə II mərhələnin qaliblərinin ən yaxşı tədqiqat işləri dinləniləcək və onların arasından qaliblər seçiləcək.

Sonda BŞTİ tərəfindən müsabiqədə qalib gəlmiş 6 iştirakçıya diplom və hədiyyələr, şəhər mərhələsinin iştirakçılarına isə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, bu müsabiqə-konfrans təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədilə keçirilir.