Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-13 12:59:00
Bakının ən məşhur kitabçısı vəfat edib  

 

Yolu İçərişəhərə, Qız qalası tərəfə düşən hər bir kitab oxucusunun yaxşı tanıdığı kitabçı və və sevdiyi kitab mağazası vardı. Söhbət az qala bütün Bakının tanıdığı Elman Mustafayevdən gedir.

Modern.az-ın əməkdaşı bu gün eşidib ki, Elman müəllim 3 gün öncə haqq dünyasına qovuşub.

Qız qalasının yanındakı balaca kitab dükanı uzun illər idi ki, hamı üçün əlçatan qiymətə kitablar satırdı.


Elman Mustafayev 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini elə doğma şəhərdə alıb. Həyat Elman Mustafayevi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsinə gətirib. Burada o, «Kitab-əmtəəşünaslıq və biblioqrafiya» ixtisası üzrə təhsil alıb. Özünün dediyinə görə, 7 ixtisası vardı.
 

Belə ki, cavan vaxtlarında orkestrdə tar çalıb. Sonra iki illik kulinar şagirdlik məktəbini bitirib. Hətta Şəkidə restoran müdiri də işləyib. Daha sonra bir müdət elektrik işləyib. Üç inşaatçı ixtisasım vardı. Əsgərlikdə olarkən öyrədiblər: suvaqçı, rəngsaz, bənnalıq. Hamısına da  sənəd veriblər. Amma uşaqlıqdan kitaba olan həvəsi onu başqa peşələrdən uzaqlaşdırdı.

O, 50 ildən çox idi ki, həyatını kitab aləminə həsr eləmişdi. Uzun müddət Fəvvarələr meydanının yanında tədris pedoqoji mağazanın direktoru olub. Orada fəaliyyəti 1960-1980- ci illərə qədər davam edib. Sonra Hökümət Evinin qarşısındakı iki mərtəbəli binanın -Bakı kitab evinin ilk direktoru olub. Amma 1985-ci ildən sonra oradan könüllü şəkildə müəyyən səbəblər üzündən ayrılıb. O vaxtdan indiyə kimi son iş yerində Qız qalasının yanəındakı mağazanın sahibiydi. Bu dükanı 2005-ci ildən özəlləşdirmişdi. 

Elman Mustafayev ötən ilin sonlarından xəstə idi.


Allah rəhmət eləsin!