Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-11 15:15:00
Məktəbli özündən 2 yaş böyük yerlisini ölümcül etdi

Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib. 

AzEdu.az “Report”a istinadən məlumat verir ki, Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.