Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-11 14:38:00
Günəş fəallığı çox aşağı səviyyədə qalacaq  

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

Son 24 saat ərzində Günəş küləyi parametrlərinin zəifləyən CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effekti fonunda azacıq yüksək səviyyədə olması müşahidə edilib.

Fevralın 11-dən 13-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin orta və yüksək səviyyədə olacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin yaxşılaşacağı proqnozlaşdırılır. Ümumi geomaqnit sakitlik gözlənilsə də, fasilələrlə zəif fəal şəraitin - zəif həyəcanlaşmanın ola biləcəyi istisna edilmir. Maqnit qasırğasının başvermə ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.