Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-11 12:45:09
"Təhsil Şurası ətrafında baş verənlərə təəssüflənirəm" - Ekspert

“Respublika Təhsil Şurası ətrafında baş verənlərə görə təəssüf hissi keçirirəm... Bu hal, ən azından Əjdər müəllimin ruhuna hörmətsizlikdir...” 

Bu sözləri təhsil eksperti Nadir İsrafilov şəxsi feysbuk hesabında yazıb. Bu təəssüf hissinin əsas səbəbini isə AzEdu.az-la bölüşən ekspert şuranın son yığıncağından söz açıb: 

“Şura üzvü olmasam da, son ümumi yığıncaqda qonaq qismində iştirak etdim. Məndən başqa dəvətlilər də vardı. Həmin yığıncaqdakıməruzə və çıxışlardan sonra Təhsil Şurasının İdarə Heyəti və yeni sədri seçildi. İndi deyilir ki, “17 noyabr 2018-ci ildə bir qrup şəxs Təhsil Şurasının Ümumi Yığıncağı adı ilə qanunsuz iclas keçirib. Həmin iclasda Təhsil Şurasının qanuni sədri, sədr müavini və katibi iştirak etməyib”. İddiaya görə, həmin iclasda iştirak edən, Şura üzvü olmayan bəzi kənar şəxslər İdarə Heyətinə daxil edildiyi halda, uzun illər Şuranın inkişafında böyük əməyi olan şəxslər iştiraksız, fikirləri dinlənilmədən, heç bir məlumat verilmədən İdarə Heyətindən uzaqlaşdırılıblar.” 

Şuranın daxili işlərinə müdaxilə xarakterli mövqe sərgiləmək mənim səlahiyyətim çərçivəsidə deyil. Buna görə də artıq ictimailəşdirilən iddialara subyektiv münasibət bildirməyim kimlərəsə yersiz görünə bilər. Bu, Təhsil Şurasının daxili məsələdir, İdarə Heyətinin daxilində də həll olunmalıdır. Görünür, Şuranın yaradıcısı və əvəzsiz sədri olan Əjdər müəllimin səhhəti ilə bağlı ümumi yığıncağın işində iştirak edə bilməməsi hadisələrin belə bir məcraya yönəlməsinə gətirib çıxarıb”. 

Ekspert Təhsil Şurasının yaradılması tarixinə də nəzər salıb: 

“1998-ci il, Azərbaycan müəllimlərinin XI qurultayında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Təhsil Şurası mərhum pedaqoq Əjdər Ağayevin rəhbərliyi ilə fəaliyyətə başlayıb. 

Azərbaycan təhsilinin, məktəb problemlərinin həllində yaxından iştirakının təmin edilməsi üçün ölkənin  görkəmlielm və təhsil xadimlərinin, xüsusilə də qabaqcıl  müəllimlərinin bir araya gətirilməsi, fəaliyyətlərinin öyrənilməsi və təbliği kimi məsələlər Təhsil Şurasının işində mühüm yer tutmaqla yanaşı,onu nüfuzluQeyri hökumət statuslu bir təşkilata çevirib. Bu mənada Respublika Təhsil Şurası böyük pedaqoqumuzun adını, nüfuzunu, əməllərini yaşatmağa borcludur. Çünki, Əjdər müəllim, hadisələrin hansı məcraya yönəlməsindən asılı olmayaraq bundan sonra da böyük əmək və zəhmət hesabına yaratdığı bu Şuranın Fəxri sədri olaraq xatirələrdə yaşayacaq”. 

Ekspert hesab edir ki, tezliklə İdarə heyətinin keçmiş və yeni üzvləri bir araya gəlməli, yekdil mövqe nümayiş etdirməli, məsələnin yeni aspektlərdən hallandırılmasının, hüquqi və digər müstəvilərə daşınmasının qarşısını almalıdırlar: 

“Çünki prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil. Məsələyə xeyli sayda sosial şəbəkə istifadəçisinin də cəlbini nəzərə alsaq, bu gedişat nəinki Təhsil Şurasına, bütövlükdə ölkənin təhsil ictimaiyyətinə baş ucalığı gətirməz. Ümid edirəm ki, vəziyyət tezliklə normallaşacaq və əvvəlki axarı ilə davam edəcək”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları