Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-10 21:11:00
İntihar edən məktəblinin direktoru danışdı

Məktəb direktoru fevralın 9-na keçən gecə Biləsuvar rayonunda məktəbli oğlanın intiharı ilə bağlı danışıb. AzEdu.az-ın məlumatına görə, intihar edən məktəblinin təhsil aldığı Çinarlı kənd orta məktəbinin direktoru Təzəbəy Ağayev publika.az-a bildirib ki, həyatına son qoyan 15 yaşlı Asəf müsbət xarakterli şagirdlərdən olub:“Sonuncu dəfə fevralın 8-də dərslərində iştirak edib, davamiyyəti normal olub. Görünür ailədə nə isə söz-söhbət olub. Hər bir ailədə belə xırda narahatlıqlar ola bilər. Uşaq da gedib özünə qəsd edib”.

Qeyd edək ki, rayonun Çinarlı kəndində kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənovun özünü qonşunun bağında ağacdan asaraq intihar etməsi ilə bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.