Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-10 13:55:00
"Rezidentura" jurnalının 1-ci nömrəsi nəşr olundu

DİM “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

Jurnal Azərbaycan və rus dillərində çap olunub.

Bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seşimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlaının izahı və tövsiyələr, test tapşırığı nümunələri, elmi-metodik məqalələr və s.  məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.