Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-10 11:35:00
Abituriyentlərin sınaq imtahanına maraqları azalıb – Bədbin statistika

Bu gün respublikanın müxtəlif bölgələrində 2019-cu ildə təşkil olunacaq qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirilir.

AzEdu.az xəbər verir ki, ötən illə müqayisədə sınaq imtahanında iştirak edən abituriyentlərin sayında azalma müşahidə olunur.

2018-ci ildə keçirilən III sınaq imtahanında iştirak etmək üçün 29.925 abituriyent qeydiyyatdan keçmişdi.

2019-cu ildə kağız daşıyıcılar vasitəsilə keçiriləcək sonuncu sınaq imtahanında iştirak etmək üçün isə 28.337 abituriyent qeydiyyatdan keçib.

Yəni, bu il sonuncu sınaq imtahanına qeydiyyatdan keçənlərin sayı, ötən illə müqayisədə 1.588 nəfər azalıb.

Qeyd edək ki, bugünkü imtahanların idarə edilməsi üçün 180 imtahan rəhbəri, 1654 nəzarətçi-müəllim ayrılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları