Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 13:19:00
“Sualların çətinlik səviyyəsini necə müəyyənləşdirək?” - Müəllimlərin summativ narazılığı

Qiymətləndirmə qaydalarına edilən dəyişikliklərdən sonra əksər müəllimlər hansı sualın hansı çətinlik səviyyəsində olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Bəzən müəllimin çətin qəbul etdiyi sual asan sayıla bilir. Müəllimlərin əksəriyyəti Təhsil Nazirliyi tərəfindən bunların əks olunduğu  bir model göndərilməsini istəyirlər.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Təhsil tv-də izləyicilərin summativlərlə bağlı suallarını cavablayarkən bu məsələyə də toxunub. O bildirib ki, bu, əslində haqlı narazılıqdır:

“Hətta böyük həcmli imtahanlarda belə hansı sualın asan, hansının çətin olmasını statistik araşdırma aparılmadan bilmək mümkün deyil.Amma bizdə məqsəd şagirdlərin məktəbdə qiymətləndirilməsidir. Belə bir şərt yoxdur ki, bir məktəbdə verilən qiymət digəri məktəbdəki ilə eyni olmalıdır. Bu, müəllimlərin özfəaliyyətini, şagirdlərin nailiyyətini öyrənmək üçün olan yanaşmadır. Təbii ki, müəllimin burada səhv etmək imkanı var. Onun asan düşündüyü sual çətin ola bilər. Amma o, bunu kiçik summativ qiymətləndirmədə nəzərə almalıdır. Bu, müəllimin yaradıcılığından deyil, qiymətləndirməni aparma bacarığından asılıdır.

Müəllim çalışmalıdır ki, çətin suallar bir şagirdə dərəcə şəklində təsir etməsin. Tutaq ki, şərtini başa düşmədiklərinə görə  bir sualı heç bir şagird işləməyib. Və ya sual səhv tərtib olunub. Belə olan halda  müəllim o sualın balını digərləri ilə uyğunlaşdıra bilər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları